Türkiyə ordusu İŞİD-ə qarşı geniş miqyaslı hərbi əməliyyata başlayacaq

8 Avqust 2015 12:20 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu İŞİD-ə qarşı koalisiyaya üzv olan ölkələrdən birinin adı açıqlanmayan nümayəndəsi deyib.

Ankaradakı nümayəndə bildirib ki, əvvəllər Türkiyənin təkbaşına İŞİD-in mövqelərinə hava zərbələri endirməsini istəməyiblər: "Hava əməliyyatları koalisiya qüvvələri ilə birlikdə aparılmalıdır".

Türkiyənin İŞİD-ə qarşı həyata keçirdiyi hava əməliyyatlarının davam etdiriləcəyini vurğulayan nümayəndə qeyd edib ki, Türkiyə hərbi əməliyyatlar vaxtı ərazisindəki bir neçə hərbi bazanın istifadə olunmasını təklif edib.

Nümayəndə PKK-nı terror təşkilatı kimi tanıdıqlarını da bəyan edib.