Hollivud muzeyi açılacaq

19 Oktyabr 2012 09:53 (UTC+04:00)
Amerika kino akademiyası yeni təkliflə çıxış edib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, akademiya Hollivud muzeyinin açılmasını təklif edib. Qeyd edək ki, bu cür plan əvvəldə olub, sadəcə maliyyə çatışmazlığı ucbatından layihə təxirə salınıb.

Ancaq Tom Henks, Annet Beninq kimi aktyorların yardımı ilə lazım olan 250 milyon dollardan artıq 100 milyonu yığılıb. Tikintinin yaxın zamanlarda başlanması, 2016-cı ildə isə istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, muzeydə indiyə qədər Hollivudda istehsal olunmuş filmlərdən çəkilən şəkillər, onların rejissorları və aktyorları barədə məlumatlar yer alacaq.

Sadiq Musa
AzNews.az