İlham Əliyev: Biz nefti, qazı kənara qoymalıyıq

8 Avqust 2015 20:59 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksinin açılışında çıxışında deyib.

"Amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq.

Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir", - dövlət başçısı deyib.