Beşmərtəbəli binadakı yanğın söndürüldü - Yenilənib

9 Avqust 2015 00:19 (UTC+04:00)

Yanğınsöndürənlər mənzilə eyvandan daxil olub və ana və balanı xilas ediblər. Ana və övladı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Yanğınsöndürənlərdən bir nəfər tüstüdən zəhərlənib. Ərazidə təcili yardım maşını olmadığından o, sakinlərin şəxsi avtomobili ilə yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb.

İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. Yanğının baş vermə səbəbi dəqiqləşdirilir.

***
23:43

Bakının 7-ci mikrorayon yaşayış massivində yanğın çıxıb.

AzNews.az-ın Report-a istinadən məlumatına görə, yanğın Süleyman Sani Axundov küçəsində yerləşən beş mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzillərdən birində baş verib.

"Billur" kinoteatrının yanında yerləşən binada başlayan yanğını söndürmək üçün bölgəyə FHN-nin dörd yanğınsöndürmə briqadası cəlb olunub.
Hadisə yerinə Təcili Tibbi Yardım maşını da çağırılıb.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.