Cəsəd yandırıldı, yerində dəmir qaldı- FOTO

19 Oktyabr 2012 10:04 (UTC+04:00)
70 il boyunca bədənindəki qəlpə və metal parçaları ilə yaşayan 94 yaşlı ingilis Ronald Brovn vəfat etdikdən sonra ailəsi böyük sürprizlə qarşılaşıb.

İkinci Dünya Müharibəsində bomba partlaması nəticəsində bədəninə saplanan qəlpə və dəmir parçaları ilə uzun illər yaşamaq məcburiyyətində olan Brovn öldükdən sonra cəsdi yandırılıb.

Bu zaman mərhumun qohumlarına onun külü ilə bərabər çox sayda metal da verilib. Bu metallar Ronald Brovnın bədəninə ilişib qalan və yanmayan metal parçaları olub.

Elnarə Əlosmanqızı
AzNews.az