Gürcüstan hökuməti Rusiyanı məhkəməyə verdi
8 Avqust 2015 23:56 (UTC+04:00)
AzNews.az Axar.az-a istinadən xəbər verir ki, rəsmi Tiflis 2008-ci ilin avqustunda Gürcüstana Rusiyanın hərbi müdaxiləsinin araşdırılması üçün bir sıra materiallar göndərib. Bu barədə danışan Gürcüstanın Ədliyyə naziri Teya Sulukiani lazımi materialların artıq Haaqa məhkəməsində olduğunu bildirib:
"Avqust müharibəsinin araşdırılması üçün materiallar artıq bir neçə aydır ki, Haaqa məhkəməsindədir. Onlar araşdırmaya başlayacaqlar. Bizə isə onların qərarını gözləmək qalır", - Sulukiani bildirib.
Gürcüstanın Müdafiə naziri Lili Xidaşeli dövlətin yox, məhkəmənin kimin məsuliyyət daşıdığını üzə çıxarmalı olduğunu vurğulayıb.