ABŞ konsulluğuna silahlı hücum – Türkiyədə
10 Avqust 2015 11:17 (UTC+04:00)
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis hücum edənləri tutmaq üçün Sarıyel bölgəsində əməliyyat başladıb. Hücumçuların bir qadın və bir kişi olduğu bildirilir.
Məlumata görə, qadın yaralı vəziyyətdə konsulluğa yaxın bir evə daxil olub və burada saxlanılıb.
Hücumdan sonra konsulluğa bomba məhvetmə və araşdırma qrupları cəlb edilib.
Yaralıların olub-olmaması barədə məlumat yoxdur. Buna baxmayaraq, çox sayda təcili tibbi yardım maşınları bölgədə gözlədilir.
Aydan Axundova