Yığmanın oyunlarının vaxtı dəyişdirildi

19 Oktyabr 2012 10:45 (UTC+04:00)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının keçirəcəyi 2 oyunun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Gürcüstan və Xorvatiya ilə matçlar nəzərdə tutulduğu vaxtda başlamayacaq.

Müvafiq olaraq, oktyabrın 28-də və 31-də keçiriləcək qarşılaşmalar, əvvəlcədən müəyyənləşdirildiyi kimi, Bakı vaxtı ilə saat 18:30-da deyil, saat 17:00-da başlayacaq.

26 oktyabr

18:30. Azərbaycan - İslandiya
Baş hakim: Marios Panayi (Kipr)
Zaqreb (Xorvatiya). "Hask" stadionu

28 oktyabr

17:00. Gürcüstan - Azərbaycan
Baş hakim: Marios Panayi (Kipr)
Zapreşiç (Xorvatiya). "İnter Zapreşiç" stadionu

31 oktyabr

17:00. Azərbaycan - Xorvatiya
Baş hakim: İvan Kruzliak (Slovakiya)
Sesvete (Xorvatiya). Sv. Yosip Radnik stadionu


AzNews.az