AKP və CHP liderlərinin görüşü başladı - Koalisiya hökuməti danışıqları
10 Avqust 2015 21:21 (UTC+04:00)
AzNews.az-ın Report-a istinadən verdiyi məlumata görə, Türkiyə Nazirlər Kabinetinin binasında baş tutan görüş mətbuata qapalı keçirilir. Görüşdə AKP-dən mədəniyyət və turizm naziri Ömer Çelik, CHP-dən isə partiya sədrinin müavini və sözçüsü Haluk Koç da iştirak edir.
Məlumatda hər iki liderin görüşdən birlikdə şam edəcəyi də bildirilir.