Mobil telefonla bağlı mübahisəyə son

19 Oktyabr 2012 15:30 (UTC+04:00)
İtaliya məhkəməsi mobil telefonların xərçəng yaratması ilə bağlı mübahisəyə son qoyub. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, İtaliya məhkəməsi uzun telefon danışıqları ilə beyin xərçəngi arasında əlaqənin olduğunu təsdiqləyib.

Qeyd edək ki, məhkəmənin keçirilməsinə səbəb İnnoçete Markolininin qaldırdığı iddia olub. Belə ki, beyin xərçənginə tutulan Markolini sübut edib ki, onun xəstəliyi sırf peşəsi ilə əlaqədar olub və uzun müddət telefonla danışdığından beyin xərçəngi tutub.

İtaliya məhkəməsi isə Markolininin idiasını təmin edib və ona kompensasiya ödənilməsi ilə bağlı qərar çıxarıb.

Sadiq Musa
AzNews.az