Maşın qəzaya düşdü alışdı: 4 yaralı

11 Avqust 2015 09:27 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Gözbarax kəndində yol qəzası nəticəsində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobildə yanğın baş verib.

Nəticədə avtomobilin sürücüsü və 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Ərazidə olan ağaclar yanğından mühafizə olunub.