Lotereya qalibi 6 il pulunu götürmədi

19 Oktyabr 2012 16:10 (UTC+04:00)
Lotereyada qalib gəlmiş milliyyətcə fələstinli olan amerikalı Endi Eşkar 6 il udduğu məbləği götürməyib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, o, lotereyada udduğu 5 milyon dollar pulu müddətin başa çatmasına 11 gün qalmış götürüb.

Onun belə gec davranması polisin "marağına" səbəb olub. Eşkar yarım il nəzarətə götürüldükdən sonra onun fırıldaqçı olmadığı aydın olub. Eşkar isə öz addımını belə əsaslandırıb. "Mən istəmədim ki, pul mənim şəxsi həyatımı zədələsin.

Mən evlənməyə hazırlaşırdım. Ona görə də həqiqi sevgini itirməkdən qorxurdum". Pulu nə edəcəyi ilə bağlı suala isə Eşkar onu valideynləri və qardaşları arasında böləcəyini deyib.

Sadiq Musa
AzNews.az