Azərbaycanın ehtiyac meyarı artırıldı

19 Oktyabr 2012 10:58 (UTC+04:00)
"Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə əsasən, gələn ilin əvvəlindən Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 93 manat məbləğində nəzərdə tutulur.

APA-nın məlumatına görə, beləliklə, gələn ilin əvvəlindən Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 10,7% artırılır.

Xatırladaq ki, 2012-ci il üçün bu məbləğ 84 manat səviyyəsində təsdiqlənib.

AzNews.az