Rusiya Ermənistanda hərbi təlimlərə başlayır
11 Avqust 2015 14:59 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə TASS agentliyinə Cənub hərbi dairəsinin nümayəndəsi məlumat verib.
Məlumata görə, xidmət yerinə bu yaxınlarda gəlmiş 100 hərbçi yeni xüsusi hərbi texnikanı – "İnfauna"u öyrənəcəklər.
"Kamxud poliqonunda keçirilən sahə təlimlərindən öncə zabitlər, əsgərlər və REM bölməsinin çavuşları nəzəri kurs dinləyiblər", -deyə Cənub hərbi dairəsinin nümayəndəsi bildirib.
Qeyd edək ki, kurs yeni kompleksin texniki xarakteristikası, bütün sistemlərdə işləmək, həmçinin radioelektron vəziyyətin imitasiyası zamanı taktiki məsələlərin həlli üzrə keçirilib.
Praktiki məşğələlər dəniz səviyyəsindən 1,5 min metr yüksəklikdə REM xidmətinin rəisi polkovnik-leytenant İqor Popov tərəfindən keçiriləcək.
Təlim poliqonda "İnfauna" üzərində xüsusi-taktiki dərslərlə başa çatacaq.
Aydan Axundova