Dövlət Neft Fondunda ciddi itki - 10 milyon zərər etdi
11 Avqust 2015 18:30 (UTC+04:00)
AzNews.az report-a istinadən xəbər verir ki, bu qərar Çinin ixrac potensialını artırmaq məqsədilə edilib. Qeyd edək ki, iyul ayında Çinin ixracı keçən ilin anoloji dövrü ilə müqayisədə 8,3% azalıb.
Xatırladaq ki, ARDNF Çin aktivlərinə 3 mlrd. yuan (500 mln. dollar) həcmində investisiya yatırmaq üçün 2014-cü ildə ÇMB-dən müvafiq lisenziya alıb. Nəticədə, bu ilin iyul ayında Çin dövlət istiqrazlarına investisiya həyata keçirilib. İnvestisiya yuanla baş tutduğundan, bu valyutanın bugünkü 2%-lik devalvasiyası dollar ekvivalentində ARDNF-ə 10 mln. dollar zərər vurub. Ekspertlər yuanın tədricən devalvasiya ediləcəyini proqnozlaşdırırlar.