Millinin üzvünə silahlı hücum oldu

11 Avqust 2015 19:32 (UTC+04:00)
.
AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, hadisə futbolçu məşqdən evə qayıdarkən baş verib. Samandrada yerləşən təlim-məşq bazasında geri dönərkən Topalın maşınını başqa bir avtomobil izləməyə başlayıb. Yolayrıcında dayanan kimi futbolçunu izləyən maşında 3 dəfə atəş açılıb. Avtomobilin ön şüşəsi gülləkeçirməz olduğu üçün Topal xəsarət almayıb. Mərmilər ön şüşəni keçə bilməyib. Dərhal polisə məlumat verən futbolçu hazırda ifadə vermək üçün nəzarətə götürülüb.

Rəsmi saytı vasitəsiylə bəyanat yayan "Fənərbaxça" klubu bu hadisəni pisləyib. Araşdırmalardan sonra hücum edənlərin kimliyi və onların məqsədi bəlli olacaq.