Sel tıxaca çevrildi - FOTOLAR - YENİLƏNDİ

19 Oktyabr 2012 13:39 (UTC+04:00)


Bakıda günorta saatlarında yağan güclü leysan yağış bir sıra küçələrdə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasına səbəb olub.

AzNews.az əməkdaşının paytaxtın küçə və prospektlərində apardığı müşahidələr uzun tıxacların yarandığını göstərib. Tıxac əsasən "Azadlıq" prospektinin küçələrlə kəsişməsində yaranıb.

Həsən Əliyev, Səməd Vurğun küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Şəxsi minik avtomobilləri, ictimai nəqliyyat sözügedən ərazilərdə yolu qət etməkdə çətinlik çəkir.

Azadlıq, Ziya Bünyadov və Həsən Əliyev prospektləri, Xan Şuşinski, Səməd Vurğun, Nəsib bəq Yusifbəyli, Sabit Rəhman, Teymur Əliyev və digər küçələrdə hərəkət tamamilə dayanıb.

Elnarə Əlosmanqızı
Foto: Mahir Hüseynbəyli
AzNews.az