Neçə qızımız Türkiyəyə gəlin köçüb?

19 Oktyabr 2012 11:26 (UTC+04:00)
2011-ci ildə 1294 azərbaycanlı qız Türkiyəyə gəlin köçüb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, türk oğlanların bəyəndiyi zərif cinsdən olan xarici vətəndaşlar arasında azərbaycanlı qızlar da üstünlük təşkil edir.

Statistikaya görə, türklər daha çox alman qızlarla evlənməyə üstünlük verirlər. Belə ki, keçən il 2632 türk oğlan alman vətəndaşı ilə ailə qurub. Daha sonra ikinci yerdə rus gözəlləri durur. 1522 rus qızı Türkiyənin gəlini olub. Üçüncü yerdə 1483 nəfərlə suriyalılar, dördüncü yerdə isə 1294 nəfərlə azərbaycanlı qızlar gəlir. Türkiyəli qızlarının əksəriyyəti də alman oğlanlarla evlənməyə üstünlük verirlər.

Statistik rəqəmlər göstərir ki, ötən il 1317 alman, 284 avstriyalı, 150 ingilis və 119 nəfər amerikalı türk qzıları ilə ailə qurub.


AzNews.az