Nazirə və komitə sədrinə “Şöhrət” ordeni verildi - Sərəncam (Yenilənib)
12 Avqust 2015 18:49 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, O.Şirəliyev Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
***
18:37
Azərbaycan Prezidenti İlham Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova "Şöhrət" ordeni ilə təltif edilsin".