Daha bir erməni əsgər öldürüldü - Qarabağda

12 Avqust 2015 20:01 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Karen Ovannisyan cəbhə xəttinin şərq hissəsində yerləşən hərbi hissələrdən birində öldürülüb. Ermənistan tərəfi əsgərin snayper atəşindən öldürüldüyünü iddia edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti Karen Ovannisyanın 12:30-da təmas xəttinin şərq istiqamətində yerləşən hərbi hissəsinin döyüş dayaq məntəqəsində ölümcül güllə yaralanmasından öldüyünü qeyd edib.

Təfərrüatların müəyyənləşdirilməsi üçün istintaq başlanıb.