“Qarabağ” və “Qəbələ” oyunlarının başlama saatı bəlli oldu

12 Avqust 2015 21:24 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ" Yunanıstanın "Panatinaikos" klubunu avqustun 20-də qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da veriləcək. "Qəbələ" komandasının "Panatinaikos" ilə cavab görüşü isə avqustun 27-də Afinanın 16 min tamaşaçı yerlik "Apostolos Nikolaidis" stadionunda keçiriləcək.

"Qarabağ"ın Berndəki 32 min tamaşaçı yerlik "Stad de Syuiss" arenasında keçiriləcək ilk görüşü avqustun 20-də Bakı vaxtı ilə 23:00-da (yerli vaxtla 20:00) başlayacaq. Azərbaycan çempionunun "Yanq Boyz" ilə cavab qarşılaşması isə avqustun 27-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.