Müğənnilərin pulsuz konserti – FOTOSESSİYA

19 Oktyabr 2012 11:34 (UTC+04:00)
Dünən 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətiylə bəzi şou-biznes nümayəndələrinin iştirakıyla pulsuz konsert proqramı keçirilib.

AzNews.az-ın məlumatına görə, paytaxtın ticarət və əyləncə mərkəzlərinin birində baş tutan konsertdə Əməkdar artist Ədalət Şükürov, müğənnilər Elçin Şirin, Günay İbrahimli və aktyor Fərda Xudaverdiyev iştirak ediblər.

AzNews.az-a danışan konsertin təşkilatçısı Samir Xattab bildirib ki, bayrama görə konsert pulsuz hamı üçün nəzərdə tutulub: "Bayram münasibətiylə pulsuz konsert proqramı təşkil etdik. Gənclərin asudə vaxt keçirməsi üçün konsert proqramını şən-əhval ruhiyyədə keçirməyə qərar verdik. Ona görə də səhnəyə ilk aktyor Fərda Xudaverdiyev çıxdı. Hər zaman konsertlərə pulsuz bilet istəyən şəxsləri də dəvət etdim ki, buyurub, gəlsinlər".

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az