Biznesmen deputat parlamentdən qovuldu

19 Oktyabr 2012 17:15 (UTC+04:00)
"Vahid Rusiya" partiyasından Dövlət Dumasına seçilmiş deputat Aleksey Knışov dumadan getmək qərarı verib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, gəlirləri ilə bağlı bəyannamə verərkən məlum ki, millət vəkili bizneslə məşğul olurmuş.

Onun Slovakiyada biznesinin oldu]u iddia edilir. Ona qarşı irəli sürülən ittihamla razılaşmayan deputat, barəsində gəzən söz-söhbətə son qoymaq üçün dumadan getdiyini barədə qərarını şəxsi bloqunda açıqlayıb. Onun yerini kimin tutacağı isə hələ məlum deyil.

Sadiq Musa
AzNews.az