Əhalinin gəlirləri artdı - Statistika

13 Avqust 2015 11:46 (UTC+04:00)

AzNews.az Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1 faiz olub.

Bu dövr ərzində gəlirlərin 74,1 faizi son istehlak xərclərinin, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 14,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 21,4 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 6,5 faiz artıb.