Azərbaycanda neft bahalaşmayacaq

19 Oktyabr 2012 11:48 (UTC+04:00)
Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsində neftin baza qiyməti 1 barelə görə 100 ABŞ dolları səviyyəsində götürülüb.

APA-nın məlumatına görə, gələn ilin dövlət büdcəsi zərfində həmçinin qeyd olunur ki, 2013-cü ildə ABŞ dollarının məzənnəsi 0,7850 manat səviyyəsində hesablanır.

Xatırladaq ki, 2012-ci ilin dövlət büdcəsində də neftin baza qiyməti 100 dollar/bareldir.

Ümumiyyətlə, gələn il üçün proqnozlaşdırılan əsas makroiqtisadi göstəricilərə gəldikdə, ÜDM-in həcmi 56,1 mlrd. manat, iqtisadi artım 5,3%, o cümlədən neft sektorunda 2,9%-lik azalma, qeyri-neft sektorunda 11,7%-lik artım gözlənilir. Bundan əlavə, inflyasiyanın 5,7% olacağı proqnozlaşdırılır.


AzNews.az