Gənclər polisə çağrıldı

19 Oktyabr 2012 11:57 (UTC+04:00)
"Bizi sabahkı aksiya ilə bağlı Rafiq Abbasovla söhbətə dəvət edirlər". Bu barədə AzNews.az-a Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı məlumat verib. O bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) onlara zəng olunub: "Təkcə məni yox, ümumiyyətlə, Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) mitinq üçün yer verilməsində müraciətdə adları keçənləri polis idarəsinə çağırıblar. Bizi sabahkı aksiya ilə bağlı Rafiq Abbasovla söhbətə dəvət edirlər".

Qeyd edək ki, bir qrup müxaliftəçi gənc aksiya üçün BŞİH-ə müraciət ünvanlasa da, meriyanın onlara təklif etdiyi "20-ci sahə" ilə razılaşmayaraq "Fəvvarələr meydanı"nı seçiblər. Aksiya sabah saat 15.00-da Fəvvarələr Meydanında olcaq.

İlkin Pirəli
AzNews.az