Ağcabədidə ağır qəza - Sürücü öldü
13 Avqust 2015 19:22 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Pəroğlular kənd sakini, 1988-ci il təvəllüdlü Səlimov Elbəy Gəray oğlunun idarə etdiyi "Mercedes-190" markalı, 99 GZ 662 nömrəli minik avtomobili yoldan çıxaraq aşıb.
Sürücü yerindəcə ölüb.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.