Rus partiyası parlamentdən qovula bilər

19 Oktyabr 2012 12:02 (UTC+04:00)
Litva parlamentinə keçirilən seçkilərdə xeyli mandat almış rus partiyasının taleyi sual altına düşüb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Viktor Uspasskinin partiyası "Qazprom"la əlaqədə və səsləri pulla almaqda ittiham olunur. Litva KİV-ləri Uspasskinin İş partiyasının səsləri pulla alması barədə video materiallar yayımlayıb.

Telefonla çəkilmiş həvəskar görüntülərdə partiya üzvlərinin səsləri necə alması və seçicilərlə apardıqları danışıqlar əks olunub. Əgər video görüntülərin həqiqi olduğu sübuta yetirilərsə partiyanın qazandığı bütün mandatlar əlindən alına və seçkilərin nəticələri dəyişdirilə bilər.

Sadiq Musa
AzNews.az