Akademikdən yeni təklif

19 Oktyabr 2012 14:15 (UTC+04:00)
"Ölkəmizin bir çox ərazilərində bəzi faydalı qazıntı yataqları artıq öyrənilib, faktiki olaraq, istismar olunub və olunurlar. Həmin mövcud yataqların müasir texnologiyalara əsaslanan daha dərin horizontların perspektivlərini aşkar etməklə istismar müddətlərini uzatmaq və regionun ehtiyatlarını müəyyən dərəcədə ucaltmaq, həm də bəzi təzahürləri yataq səviyyəsinə çatdırmaq mümkündür".

Bunu AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Yer Haqqında Elmlər Bölməsinin akademik-katibi, akademik Arif İsmayılzadə bildirib.

Akademikin sözlərinə görə, bütün bu tədqiqatların dəqiq proqnozlaşdırmaya imkan verən müasir analitik bazaya əsaslanması, filiz yataqlarının istismarının isə təbiətə zərər vurmayan, ekoloji təmiz və müasir texnologiyalar əsasında aparılması vacibldir.

Elnarə Əlosmanqızı
AzNews.az