Prezidentdən Afaq Bəşirqızına yüksək diqqət

14 Avqust 2015 18:45 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, prezident aktrisanın ölkədəki teatrın inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.

İlham Əliyev Afaq Bəşir qızı Səfərovanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Afaq Bəşir qızı Səfərova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".