“Buşer” AES 2013-cü ilin martında açılacaq

19 Oktyabr 2012 12:24 (UTC+04:00)
İranın "Buşer" Atom Elektrik Stansiyası gələn ilin martında açılacaq. AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Rusiyanın əməliyyatçı şirkəti "Atomstroyeksport"un baş direktoru Valeri Limarenko verib.

O, bildirib: "İşin 90 faizi görülüb. Sadəcə bəzi detalların daha keyfiyyətli görülməsi üçün müəyyən qədər vaxt lazımdır. Hesab edirəm ki, gələn ilin martına stansiyanı tam təhvil verəcəyik".

Sadiq Musa
AzNews.az