Türkiyədə mikroavtobus aşdı - 1 ölü, 13 yaralı
14 Avqust 2015 20:42 (UTC+04:00)
AzNews.az Report-a istinadən xəbər verir ki, mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara qaldırılıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Xəbərdə qəzaya sürücünün idarəetməni itirməsinin səbəb olduğu qeyd olunub.