İran məscidində terror

19 Oktyabr 2012 12:42 (UTC+04:00)
İranın cənub-şərqində məscidin yaxınlığında həyata keçirilən intihar hücumu nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, terrorçu partlayışı onu cümə namazı üçün məscidə buraxmayan polislərdən qaçarkən törədib. Hələ ki, terror aktına görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.


AzNews.az