Eldar və Nigar yenidən bir arada

19 Oktyabr 2012 12:57 (UTC+04:00)
Bu günlərdə Moskvada çıxış edən "Eurovision" qalibləri Eldar Qasımov və Nigar Camal Türkiyə səfərinə hazırlaşırlar.

AzNews.az-ın məlumatına görə, bir neçə müddətdir birgə görünməyən Eldar və Nigar məhz Rusiyanın paytaxtı Moskva şəhərində eyni səhnəni bölüşüblər. Duet ortaqlarının növbəti dayanacağı isə Türkiyənin Ankara şəhəri olacaq.

Səfərin məqsədi Türkiyədə keçiriləcək Ümumdünya İstefaya çıxmış zabitlərin festivalında çıxış etməkdir.

Festival Türkiyə İstefaya çıxmış Zabitlər Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq. 17-20 oktyabr tarixlərində Ankarada keçirilməsi nəzərdə tutulan bu tədbirin məqsədi ölkələr arasında dostluq əlaqələri inkişaf etdirmək və dünyada sülhün inkişafına nail olmaqdan ibarətdir.

Festivala müxtəlif ölkələrin professionalları qoşulacaq. Festivalın xüsusi qonaqları qismində Azərbaycanın "Eurovision" qalibləri Eldar Qasımov və Nigar Camal çıxış edəcək. Qalib duetin çıxışı 19-20 oktyabrda baş tutacaq.

Ell və Nikki festivalın sonuncu günündə çıxış edəcəklər və öz müsiqi proqramlarıını təqdim edəcəklər. Təşkilatçılar "Eurovision-2011" qaliblərinə TEMAD-ın mükafatını verəcəklər.

Fuad Mədətov
AzNews.az