Romninin oğlu Obamanı vurmaq istədi

19 Oktyabr 2012 13:04 (UTC+04:00)
ABŞ-da prezidentliyə namizədlər arasında kəskin rəqabət gedir. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Mitti Romninin böyük oğlu Teq Obamanı vurmaq istədiyini bildirib.

Radiostansiyaların birinə müsahibə verən Teq deyib ki, teledebatda Obamanın atasını pis vəziyyətə qoyması onu bərk əsəbiləşdirib. "Mən durub Obamanı vurmaq istədim. Ancaq başa düşürəm ki, bu düzgün deyil, onu qoruyanlar var və həm də bundan atama qarşı istifadə edə bilərlər. Ona görə də, belə bir fikir sadəcə beynimdən keçdi".

Sadiq Musa
AzNews.az