Qusarda qəza: iki maşın yandı
17 Avqust 2015 09:29 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Qusar rayonu, Samur qəsəbəsində (rayon mərkəzindən 30 km aralı) "Toyota" markalı minik avtomobili ilə "T-24" markalı traktorun toqquşması nəticəsində yanğın hadisəsi baş verib.
Yanğın nəticəində hər iki nəqliyyat vasitəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.