Beyləqanda silahlı insident: yaralanan var
17 Avqust 2015 14:04 (UTC+04:00)
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Beyləqan rayonunun Qaradağlı kəndində kənd sakini Lətif Bəyişov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qohumu Xəqani Bəyişova xəsarət yetirib.
Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Bəyişov tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi "TOZ" markalı tüfəng götürülüb.