“Buraxılan qol futbolçularımızı ayıltdı“

19 Oktyabr 2012 13:40 (UTC+04:00)
Mən "Kəpəz"in "Bakı" və "Qarabağ"la oyunlarına baxıb onları yaxşı analiz etmişdim. Oyunun ilk on dəqiqəsində futbolçularım rəqibi qiymətləndirmədilər. Bunun nəticəsində "Kəpəz" erkən qol vurdu. Həmin qoldan sonra bizim oyunçular ayıldı". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın IX turunda "Kəpəz"ə 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib.

"Kəpəz" haqda müsbət fikirlər səsləndirən B.Hacıyev deyib ki, komandanın yeni baş məşqçisi Mahmud Qurbanova daha yaxşı kollektiv qurmaq üçün 4-5 ay vaxt lazımdır.

"Neftçi"nin baş məşqçisi bildirib ki, sabah komandasına istirahət verəcək. Bundan sonra isə onlar oktyabrın 25-də Kazanda "Rubin"ə qarşı keçiriləcək Avroliqanın oyununun hazırlığına başlayacaqlar.

AzNews.az