Koalisiya yolunda növbəti addım - AKP və MHP görüşü başladı (Video)
17 Avqust 2015 17:19 (UTC+04:00)
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddət öncə AKP-nin baş sədri və Baş nazir Əhməd Davudoğlu ilə MHP-nin sədri Devlet Bahçeli arasındakı koalisiya görüşü başlayıb.
Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkilərindən sonra hökumət qurula bilməyib. Növbəti 45 gün ərzində koalisiya hökumətinin formalaşdırılması üçün danışıqlara başlanılıb.
AkP və CHP arasında 1 aydan uzun bir müddət koalisiya danışıqları aparılıb. Avqustun 13-də Baş nazir Ə.Davudoğlu ilə CHP rəhbəri Kamal Kılıçdaroğlu arasında koalisiya hökumətinin qurulması ilə bağlı final görüşü keçirilib.Tərəflər heç bir razılığa gələ bilməyiblər.