Belqrad küçələrindən birinə Bəxtiyar Vahabzadənin adı verildi - FOTO
17 Avqust 2015 20:48 (UTC+04:00)
AzNews.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Belqrad şəhər meriyasının, Rakovitsa, Vojdovaç və Savski Venaç bələdiyyələrinin rəhbərlikləri, Serbiya Xarici İşlər Nazirliyinin nümayəndələri, parlamentin üzvləri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiyada yaşayan azərbaycanlılar, bu ölkənin ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbir Belqrad şəhər merinin müavini xanım İrena Vuyoviçin və səfir Eldar Həsənovun Bəxtiyar Vahabzadə küçəsi yazılmış lövhənin üzərindən örtüyü götürmələri ilə başlanıb.
Tədbir çərçivəsində Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadə Bəxtiyar Vahabzadənin serb dilinə tərcümə edilmiş şerini səsləndirib.