Paytaxtda piyadaların və avtomobillərin hərəkəti çətinləşib- FOTOLAR

19 Oktyabr 2012 17:55 (UTC+04:00)


Xəbər verdiyimz kimi, günorta saatlarından başlayan güclü leysan yağışı paytaxt Bakıda həyatı dayandırıb. Kanalizasiya xətlərinin normal işləməməsi suyun küçələrdə yığılmasına səbəb olub.

AzNews.az-ın əməkdaşının paytaxtda yaranan vəziyyətlə bağlı verdiyi son məlumata görə, yağışın yağmasından bir neçə saat keçməsinə baxmayaraq yollarda hələ də problemlər qalmaqdadır. Hazırda Karl Marks dairəsində və "Azpetrol" şirkəti yaxınlığında piyadaların keçidi çətinləşib. Belə ki, keçidlər belə yağış suyu ilə dolub.

Eyni zamanda, ərazidə nəqliyyat vasitələrinin hərəkəti üçün də problem yaranıb. Yollarda hərəkətin çətinləşməsi tıxacın əmələ gəlməsinə səbəb olub. Əməkdaşımızın həmin ərazidə çəkdiyi fotoları təqdim edirik.


Sevinc Fədai
İlkin Atilla
AzNews.az