İki strateji bombardmançı təyyarə yoxa çıxdı - Ukraynanın

18 Avqust 2015 18:55 (UTC+04:00)

AzNews.az Publika.az-a istinadən xəbər verir ki, Ukrayna siyasi rəhbərliyi keçmiş prezident Viktor Yanukoviçdən şübhələnir.

Hazırda Ukraynanın Baş prokurorluğu Yanukoviçin ""Tu-95"ləri kimə satdığını müəyyənləşdirməyə çalışır. Bombardmançı təyyarələr 1987-ci il istehsalıdır. Təyyarələr nüvə başlıqlarını daşıya bilir.

İlkin informasiyaya görə, təyyarələrin satışı 2013-cü ilin ikinci yarısında, yaxud da 2014-cü ilin yanvarında həyata keçirilib.

Qeyd edək ki, hazırda Rusiyada olan Viktor Yanukoviçə qarşı ölkəsində beş cinayət işi qaldırılıb.