Putin üçün sonuncu şans - Son 40 gün
18 Avqust 2015 20:23 (UTC+04:00)
AzNews.az Publika.az-a istinadla xəbər verir ki, bu sözləri ukraynalı siyasi müşahidəçi Oleq Dyaçok "Facebook"dakı səhifəsində yazıb.
"Hesab edirəm ki, vəziyyətin gərginləşdirilməsi üçün Putinin əlindəki bütün imkanlar sentyabrın 28-də tükənəcək: "Həmin vaxt Konstitusiyaya dəyişiklikləri birinci oxunuşda qəbul ediləcək və bundan sonra Putinin heç bir arqumenti qalmayacaq...
Mənim proqnozum budur ki, Kiyevə genişmiqyaslı hücum olmayacaq. Rusiyada bunun üçün resurs yoxdur. Neftin qiymət aşağı düşür, rublun dəyəri azalır, iqtisadiyyat uçurumun kənarındadır", - Dyaçok əlavə edib.