“Qalatasaray” yenə büdrədi
19 Oktyabr 2012 19:11 (UTC+04:00)
Türkiyə Super Liqasında 8-ci tutunun açılış oyununda son tura qədər lider olan "Qalatasaray" "Gənclərbirliyi"nin qonağı olub. Hesabı 26-ci dəqiqədə meydan sahibi "Gənclərbirliyi" açıb. İlk hissəbu hesabla da başa çatıb.
2-ci hissədə bərabərlik üçün hücumlarının kəsərini artıran "Cimbom" 54-cü dəqiqədə Umu Bulud ilə hesabı bərabərləşdirib. 4 dəqiqdə sonra isə "Qalatasaray"ı önə keçirən qol Elmanderdən gəlib.
Ancaq lider bu hesabı qoruya bilməyib. 66 və 67-ci dəqiqədə meydan sahiblərinin vurduğu 2 qol hesabı 3:2 edib. Ancaq qonaq komanda təslim olmayaraq sona qədər mübarizə aparıb və 86-ci dəqiqədə hesabı bərabərləşdirib. Oyun 3:3 hesabı ilə yekunlaşıb.
Elman Bakuvi
AzNews.az