İran 13 milyard dollarlıq silah alacaq

20 Oktyabr 2012 04:16 (UTC+04:00)
İran Rusiyadan 11-13 milyard dollarlıq silah almağa hazırdır. Dünya Silah Ticarətini Analiz Mərkəzinin rəhbəri İqor Korotçenko bu barədə məlumat verərək bildirib ki, İran silah almaq üçün ən yaxşı partnyor kimi Rusiyanı seçə bilər. Korotçenkonun fikrincə, BMT-nin İrana qarşı saksiyaları Amerikanın təsiri altında qəbul edilib.

Məlumat üçün bildirək ki, İran Rusiyadan müqavilə əsasında almalı olduğu C 300 raket komplekslərini məhz sanksiyalar səbəbindən ala bilməyib. Buna görə də İran Rusiyanı müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə beynəlxalq məhkəməyə verib.

Alpər
AzNews.az