Xəzərdə itən balıqçılardan - Son xəbər
19 Avqust 2015 14:20 (UTC+04:00)
AzNews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilib. Səfirlikdən deyiblər ki, hələlik axtarışlar nəticə verməyib: "Hələ ki heç bir mәlumat yoxdur".
Qeyd edək ki, ötən həftə Pirallahıdan balıq tutmaq üçün Xəzərə çıxmış 4 neftçalalı balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən saxlanılaraq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.