Qapıçının topuğu çıxdı

20 Oktyabr 2012 04:52 (UTC+04:00)
İngiltərənin "Arsenal" klubunun qapıçısı Lukaş Fabianskı topuğunun çıxması səbəbi ilə 3 ay yaşıl meydanlardan kənar qalacaq.

Ntvspor.net xəbər verir ki, dünən klub ilə birlikdə məşqlərə çıxan qapıçı zədələnərək məşqı yarıda buraxıb. "Arsenal"ın baş məşqçisi Arsen Venger Fabianskının əməliyyat olduqdan sonra sağalma müddətinin 3 ay çəkəcəyini bildirib.

Elman Bakuvi
AzNews.az