Türkiyədə müvəqqəti hökumət – Tərkibi

20 Avqust 2015 11:58 (UTC+04:00)
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, qanunvericiliyə görə, 26 üzvlük müvəqqəti kabinetdə AKP 11, CHP 6, MHP və HDP isə hər birinə 3 nazirlə təmsil olunmalıdır. Müvəqqəti hökumətdə Ədalət, Daxili İşlər və Nəqliyyat Nazirlikləri bitərəf olacaq.

MHP-dən sonra CHP-nin də üzv göndərməyəcəyini bəyan etməsi müvəqqəti hökumətin AKP, HDP və bitərəflərdən ibarət olacağını göstərmiş oldu.

Məlumata görə, AKP müvəqqəti hökumətdə Baş Nazirlik və 4 Baş nazir köməkçisi vəzifələri ilə yanaşı, Səhiyyə, Təhsil, Müdafiə, Maliyyə, İnkişaf, Energetika, Xarici İşlər, Gömrük və Ticarət, Ailə və Sosial Siyasət Nazirliklərini müxalifətə verməyi düşünmür.

Qida, Əkinçilik və Heyvandarlıq, Mədəniyyət və Turizm, Meşə və Su Təsərrüfatı Nazirliklərinin HDP-yə veriləcəyi bildirilir.


İyulun 7-də keçirilən seçkilərədn öncə bitərəf olaraq kabinetə seçilən ədalət naziri Kənan İpek, daxili işlər naziri Səbahəttin Öztürk və nəqliyyat naziri Feridun Bilginin müvəqqəti hökumətdə də yerlərini qoruyacağı qeyd edilir.

Aydan Axundova