16 805 nəfər seçim etdi
20 Avqust 2015 12:14 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi dünən saat 00.00-da başa çatıb. Bu müddətdə 16 805 abituriyent ali məktəblərin boş yerlərinə və kolleclərə ərizə verib.
Qeyd edək ki, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb.
Yerləşdirmənin nəticələrinin bu gün axşam saatlarında elan ediləcəyi gözlənilir.
Xalid