Azarkeşlər oyunçulara hücum etdilər

20 Oktyabr 2012 05:04 (UTC+04:00)


Rusiya Premyer Liqasında pis günlər keçirən "Dinamo" Moskvaya bir zərbə də azarkeşlərdən gəldi. Ntvspor.net xəbər verir ki,daha əvvəl məşqlərə gələrək komandalarını təsəlli edən tərəfdarlar bu dəfə oyunçuları ciddi, özlərinəməxsus şəkildə baykot ediblər.

Əllərində Paintbol silahları ilə futbolçulara rəngli boyalar atan əsəbi azarkeşlərin bu hərəkəti oyunçuları çox qorxudub. Azarkeşlərin hücumunun ən böyük qurbanı olan klubun gənc oyunçusu Qaqatov bu məsələni belə qoymayacağını və hüquq mühavizə orqanlarına şikayət edəcəyini bildirib.

Elman Bakuvi
AzNew.az